MOK 2032-ci ildə Avstraliyanın Brisben şəhərində keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının emblemlərini təqdim edib.
Emblem kakadu quşundan, Avstraliyanın təbiətindən və Kvinslend ştatından ilhamlanıb. Dizaynın əsasını Avstraliyada geniş yayılan kakadunun kəkili təşkil edir. Quş bu kəkildən digər kakadularla qeyri-verbal ünsiyyət və müxtəlif fizioloji siqnallar üçün istifadə edir.
Təşkilatçılar emblem üzərindəki kəkilin formasının Olimpiya məşəlinin alov dillərini də xatırlatdığını bildiriblər.
Brisben Olimpiya Oyunları 2032-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.