“Napoli”nin futbolçusu millidə zədələndi

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İtaliyanın “Napoli” klubunun və Uruqvay yığmasının futbolçusu Matias Olivera zədələnib.

Newsport.az Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçu millinin düşərgəsində olarkən xəsarət alıb.

Tibbi müayinələrdən keçən onun qasıq nahiyəsində zədələnmə aşkarlanıb. M.Oliveranın bu gün vaxtından əvvəl klubun məşq mərkəzinə qayıdaraq bərpa prosesinə başlayacağı bildirilib.

“Sabah” – “Napoli” matçı 2027-ci il yanvarın 20-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right