Fransa milli komandasının Türkiyə ilə keçirdiyi oyunda (1:0) zədələnən Kilian Mbappenin durumuna aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, 27 yaşlı hücumçunun sol dizinin arxa əzələsində dartılma aşkarlanıb. Bu barədə oyunçunun formasının geyindiyi "Real"ın mətbuat xidməti məlumat yayıb.
Ulduz futbolçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 8 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.