​"İspaniya boş yerə dünya çempionu olmayıb" Harri Keyn

İngiltərə milli komandası UEFA Millətlər Liqasının I turunun ev matçında İspaniyaya 2:3 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, meydan sahiblərinin kapitanı Harri Keyn ​oyundan sonra komandasının çıxışını şərh edib:

​"İspaniya boş yerə dünya çempionu olmayıb. Lakin bizimlə onların arasındakı mübarizə bərabərsəviyyəli keçdi. Qələbə qazana bilərdik. ​Əvvəllər də demişdim ki, dünya çempionatında bir neçə yaxşı oyun keçirdik. Lakin bütün 90 dəqiqə ərzində sabit oyun nümayiş etdirə bilmədik. Bu dəfə də vəziyyət buna bənzəyirdi. Oyunun uğurlu epizodları oldu. Məhz bu səviyyədə oynamalıyıq.

​Biz dünya və Avropa çempionlarına qarşı oynadıq və onlarla bərabərsəviyyəli mübarizə apardıq. Başqa şəraitdə bu matçı qazana bilərdik. Müsbət məqamları axtarmaq, məğlubiyyətdən dərs çıxarmaq və növbəti dəfə yenidən cəhd etmək lazımdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right