"Barselona" qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Newsport.az xəbər verir ki, İspaniya çempionu "Sportinq"də çıxış edən Luis Suaresi transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
La Liqa nəhəngi kolumbiyalı forvard üçün yayda da hərəkətə keçmişdi. Həmin vaxt Portuqaliya klubu 28 yaşlı futbolçu üçün 80 milyon avro tələb edib. "Barselona" təcrübəli oyunçunun keçidini yanvarda həll etməyə çalışacaq.
Qeyd edək ki, Luis Suares carri mövsümdə "Sportinq"in heyətində bütün turnirlərrdə meydana çıxdığı 8 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.