“İnter Mayami”nin hücumçusu Lionel Messinin Argentina millisindən gedişindən sonra komandanın yeni kapitanının kim olacağı bəlli olub.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni açıqlamasında kapitan sarğısını “Atletiko”nun müdafiəçisi Kristian Romeroya həvalə edəcəyini bildirib. O, həmçinin, bunu deyib:
“Emiliano Martines, De Paul və Lautaro Martines kimi kapitan sarğısını rahatlıqla daşıya biləcək oyunçular da var”.
Argentina millisi son dünya çempionatının finalında İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.