“Çelsi”nin və İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers, Kriştiano Ronaldo və Lionel Messi barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2026-cı il dünya çempionatının yarımfinalında Argentina millisi ilə qarşılaşmada Messinin çıxışından heyrətləndiyini bildirib:
“Ronaldo mənim sevimlimdir. Lakin mən Messi ilə o, 39 yaşında olarkən, dünya çempionatının yarımfinalında qarşılaşmışam. Gözlərimə inana bilmirdim. Onun zirvə dövründə necə olduğunu təsəvvür belə, edə bilmirəm. Düşünürəm ki, ən yaxşı illərində ona qarşı heç nə etmək mümkün deyildi. Amma həmin yarımfinalda 39 yaşında olmasına baxmayaraq, o, dayandırılmaz idi”.
İngiltərə millisi 2026-cı il dünya çempionatının yarımfinalında Argentina yığmasına 1:2 hesabı ilə məğlub olub. Messi həmin görüşdə iki məhsuldar ötürmə edib.