Roberto Karlos sərvətinin 99 faizini itirib

Braziliyalı sabiq futbolçu Roberto Karlos karyerası ərzində qazandığı pulların 99 faizini itirdiyini açıqlayıb.

Newsport.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, o, buna keçmiş agentinin fəaliyyəti və ailə problemlərinin səbəb olduğunu bildirib:

“Pulumu boşaldan insanlarla bağlı problemlərim olub. Keçmiş agentimin hərəkətləri və ailə problemləri səbəbindən futboldan qazandığım vəsaitin 99 faizini itirdim. Səhvlər etmişəm. Buna görə də gənc futbolçuları mənim səhvlərimi təkrarlamamağa çağırıram.

Bir dəfə gecə saat 12-də yatdım. Səhəri gün isə əlimə mövcudluğundan belə, xəbərim olmayan bir dəstə sənəd verildi. Məhz həmin vaxt sahib olduğum hər şeyi itirdim”.

Roberto Karlos peşəkar karyerasını 2015-ci ildə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right