“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib.
Newsport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
23 yaşlı futbolçu bu mükafata ardıcıl ikinci dəfə layiq görülüb.
Qeyd edək ki, Bellinqem 2026-cı il dünya çempionatında İngiltərə millisinin əsas fiqurlarından biri olub. İngiltərə turniri 3-cü pillədə başa vurub.
Bellinqem bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.