Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Niderland yığmasının kapitanı Virgil van Daykın açıqlamasına münasibət bildirib.

Newsport.az xəbər verir ki, tərəflər UEFA Millətlər Liqasının 1-ci turunda keçirilən Almaniya – Niderland matçından (1:1) sonra mübahisəli epizodla bağlı fərqli fikirlər səsləndiriblər.

Almaniyanın vurduğu qol zamanı Niderland futbolçusu Brayan Brobbi zədələnərək meydanda uzanıb. Van Dayk qoldan sonra epizodu qısaca olaraq  “biabırçılıq” adlandırıb.

Klopp isə bu fikirlə razılaşmayıb: “Əlbəttə ki, bu, qətiyyən biabırçılıq deyildi. Qol tamamilə qaydalar çərçivəsində idi. Əgər bu, bizim başımıza gəlsəydi, futbolçularıma oynamağa davam etmələrini deyərdim. Qaydalarda deyilir ki, oyunu hakim dayandırır, oyunçular yox. Müdafiədə olanda oynamağa davam etməlisən. Onlar bunu etmədilər və biz də bundan istifadə etdik".

Qeyd edək ki, Almaniya 32-ci dəqiqədə hesabı açıb, Niderland isə 90+2-ci dəqiqədə bərabərlik qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right