Runi yəhudi köklərinin olduğunu açıqladı

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi yəhudi köklərinin olduğunu açıqlayıb.

Newsport.az xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu bunu Polşada yerləşən Auşvits düşərgə kompleksini (İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının yaratdığı ən böyük ölüm düşərgəsi komplekslərindən biri - QOL.az) ziyarət edərkən deyib.

Runi həyat yoldaşı və oğulları ilə birlikdə Auşvitsdə olub. O, ana tərəfdən nənəsinin və onun ailəsinin polşalı yəhudilər olduğunu yaxın zamanda öyrəndiyini bildirib.

“Mən katolikəm, amma həmişə özümə belə suallar verirdim: ‘Niyə biz yəhudi deyilik?’” – deyə Runi Disney+ platformasına müsahibəsində söyləyib.

Qeyd edək ki, ənənəvi yəhudi dini qaydalarına əsasən, yəhudi mənşəyi ana xətti ilə müəyyənləşdirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right