Türkiyə millisinin baş məşqçisi Fransa ilə oyun haqda: "Hər kəs yaxşı formadadır"

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqasının qrup mərhələsində Fransa ilə oyundan əvvəl 2026-cı il Dünya Kubokundakı məyusedici çıxışından sonra komandanın performansını qiymətləndirib.

Newsport.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Türkiyə yığmasının bu gün Fransaya qarşı keçiriləcək görüşdən gözləntilərini bildirib:

"Dünya Kubokundan sonra böyük bir məyusluq yaşadıq. Amma keçmiş uğursuzluqlara və ya uğurlara fikir verə bilmərik. Gördüyüm qədəriylə, hər kəs yaxşı formadadır və özünəinamla bağlı heç bir problem yoxdur. Bizim olduğumuz yerdə rəqabət çox yüksəkdir və bugünkü Fransa ilə oyun da buna sübutdur".

UEFA Millətlər Liqasının A qrup mərhələsində Türkiyə və Fransa arasında oyun bu gün keçiriləcək və matça Bakı vaxtı ilə 22:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right