"Arsenal", "Yuventus" və "Barselona"nın sabiq fransalı hücumçusu Tyerri Anri Fransa millisinin Zinəddin Zidanın rəhbərliyi altındakı gələcəyini müzakirə etməkdən imtina edib.
Newsport.az xəbər verir ki, bu barədə İspaniyanın tanınmış AS nəşri məlumat yayıb.
Bildirilir ki, Anri ona ünvanlanan suala qısa cavab verib: "Fransa millisini müzakirə edərkən, komandada Zidanın rəhbərliyi altında başlayan yeni era haqqında nə deyə bilərsiniz? - Bu, mənim mövzum deyil. Ona ən yaxşı arzularımı çatdırıram".
Qeyd edək ki, Zinəddin Zidan 2026-cı ilin yayında Didye Deşamın gedişindən sonra Fransa millisinin baş məşqçisi postuna gətirilib. Zidan əvvəllər milli komandalar səviyyəsində çalışmayıb. O, son olaraq 2021-ci ildə ayrıldığı Madrid "Real"ına rəhbərlik edib.