“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə millisinin sentyabr və oktyabr aylarında keçiriləcək oyunları üçün dəvətdən imtina edib.
Newsport.az xəbər verir ki, bu iddianı “The Athletic” nəşri irəli sürüb.
Bildirilib ki, daha əvvəl futbolçunun zədə səbəbindən millidən kənarda qaldığı açıqlansa da, Palmer qarşıdakı toplanışda iştirak etməmək qərarını özü verib. 23 yaşlı oyunçu bununla oyun yükünü azaltmağı hədəfləyib.
İngiltərə millisi sentyabr və oktyabr aylarında UEFA Millətlər Liqasında 4 oyun keçirəcək. Komanda sentyabrın 26-da İspaniya, 29-da Çexiya ilə, oktyabrın 3-də Xorvatiya, 6-da isə yenidən Çexiya ilə qarşılaşacaq.
Xatırladaq ki, Koul Palmer İngiltərə millisinin DÇ-2026 üçün heyətinə cəlb olunmamışdı.