"San Siro"da qol vurmaqdan zövq alıram"

“Milan”ın hücumçusu Dieqo Moreyra "qırmızı-qaralar"ın heyətində daha bir qol vurduqdan sonra hisslərini bölüşüb. 

Newsport.az “Football Italia”ya istinadən xəbər verir ki, belçikalı futbolçu İtaliya çempionatının beşinci turunda "Leççe"yə (3-0) qol vurub:

“San Siro”da qol vurmaqdan həqiqətən zövq alıram. Bu, mənim və ailəm üçün çox şey ifadə edir. Azarkeşlər qarşısında qol vurmaqdan, qalib gəlməkdən və qapısını toxunulmaz saxlamaqdan çox məmnunam. İndi isə milli fasilə ilə istirahət etmək və geri qayıtmaq üçün enerji ilə dolu olmaq istəyirəm”.

"Milan" beş turdan 11 xalla Seriya A turnir cədvəlində beşinci yerə yüksəlib. Altı xalla "Leççe" 12-ci yerdədir.

22 yaşlı futbolçu “Benfika”, “Çelsi”, “Lions” və “Strasburq”da oynadıqdan sonra bu “Milan”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right