"Real" ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, La Liqanın 23-cü turunda "Qranada"a qarşı matçda zədələnən Marselonun 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu isə o deməkdir ki, braziliyalı müdafiəçi Çempionlar Liqasının 1/8 finalında "Roma"ya qarşı ilk oyunu buraxacaq.
Qeyd edək ki, "Roma" - "Real" görüşü fevralın 17-i keçiriləcək.