"Çelsi" italiyalı müdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır

"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Çelsi" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

London klubunun baş məşqçisi Xabi Alonso Bastonini komandasında görmək istəyir. "Çelsi" 27 yaşlı mərkəz müdafiəçisi üçün A Seriyası klubuna 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Alessandro Bastonini 2027-ci ilin yayında "Atalanta"dan 40 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right