“Sumqayıt”ın sabiq baş məşqçisindən “Partizan”da antirekord

Bu yay “Sumqayıt”dan ayrılan Saşa İliç çalışdırdığı “Partizan” ilə antirekorda imza atıb.

Newsport.az xəbər verir ki, Belqrad təmsilçisi Serbiya çempionatları tarixində ən pis startını edib.

Komanda 8 turdan sonra 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyətlə cəmi 7 xal yığıb. Ötən gün isə paytaxt təmsilçisi öz meydanında “Voyvodina”ya uduzub – 2:3.

Serbiya mətbuatı İliçin tezliklə istefaya göndəriləcəyini iddia edir.

27 dəfə ölkə çempionu olan “Partizan” hazırda Superliqada 7 xalla 14 komanda arasında 13-cüdür.

İliç ötən mövsüm “Sumqayıt”ı çalışdırıb. Komanda ötən mövsüm onun rəhbərliyi altında 41 xalla 7-ci olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right