Millimizin hücumçusu Ukraynada debüt etdi

Ukraynada Premyer Liqanın 6-cı turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Newsport.az xəbər verir ki, son vaxtlar Azərbaycan futbol millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” doğma meydanda “Zarya”nı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Dadaşov 66-cı dəqiqədə meydana daxil olaraq yeni komandasında rəsmi debütünü edib.

Hazırda “Bukovina” 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right