Qattuzo: “Azarkeşlər üçün çox darıxırıq”

“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo “Milan”la boş tribunalar önündə keçirilən oyunda qəribə hisslər yaşadığını bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, azarkeşlərin dəstəyinin yoxluğunun ciddi hiss olunduğunu deyib:

“Bu gün azarkeşlər “Formello”ya gələrək bizi stadiona yola saldılar, bu, futbolçuların əməyinin bəhrəsidir. Bu gün nümayiş etdirdiyimiz oyunu davam etdirməliyik, sonra isə görəcəyik ki, nə baş verir. Mənim üçün boş stadionlarda futbol əsl futbol deyil, lakin bu vəziyyətdə əlimizdən bir şey gəlmir. İşimizə davam edəcəyik. Elə bil yenidən COVID (pandemiya) dövrünə qayıtmışıq, azarkeşlər üçün çox darıxırıq”.

“Latsio” rəsmi cəza səbəbindən deyil, öz azarkeşlərinin kütləvi boykot qərarı səbəbindən oyunlarını demək olar ki, boş tribunalar önündə keçirir. Komandanın tərəfdarları və xüsusilə, əsas ultras qrupu olan “Curva Nord” klub prezidenti Klaudio Lotitonun idarəçiliyinə, transfer siyasətinə etiraz olaraq ev oyunlarına getməkdən imtina edirlər.

“Latsio” A Seriyasının 4-cü turunda “Milan”la 2:2 hesablı heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right