Messi əməliyyat olunur

"Barselona"nın ulduz futbolçusu Lionel Messi əməliyyat olunacaq.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu böyrəyində daş olduğu üçün əməliyyat olunacaq.

Əməliyyat sabah gerçəkləşəcək. Elə həmin gün argentinalı hücumçunun evə buraxılmasının mümkün olacağı bildirilib.

Qeyd edək ki, Messi əməliyyat olunacağı üçün İspaniya kubokunun yarımfinalında "Valensiya" ilə cavab qarşılaşmasında oynamayacaq. O, Çempionlar Liqasında "Arsenal"la oyuna kimi hazır olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right