Portuqaliyanın “Portu” klubu “Tottenhem”in (İngiltərə) müdafiəçisi Juan Souzanı icarəyə götürüb.
Newsport.az İngiltərə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçu ilə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Müdafiəçi 2026-cı ilin yanvarından “Santos”dan transfer olunduğu London təmsilçisinin heyətində çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
Qeyd edək ki, Juan Souza 2025/2026 mövsümündə Premyer Liqada 4 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.