İstanbul klubu fransalı müdafiəçini icarəyə götürür

"Leyptsiq"in müdafiəçisi El-Şaday Bitşiabu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi Bitşiabunu icarəyə götürəcək. Klublar arasındakı anlaşmada 21 yaşlı mərkəz müdafiəçisi üçün satınalma bəndi yer alıb. Gənc oyunçu bu gün Türkiyədə olacaq.

Qeyd edək ki, "Leyptsiq" El-Şaday Bitşiabunu 2023-cü ilin yayında PSJ-dən 15 milyon avroya transfer edib. Fransa U-20 millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində 48 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right