London "Çelsi"si "Atalanta"dan 18 yaşlı müdafiəçi Honest Axanorun transferini açıqlayıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yayımlanan açıqlamada "Çelsi" İtaliyanın "Atalanta" klubundan italyan müdafiəçi Honest Axanorun keçidi ilə bağlı razılıq əldə edib, onun kluba rəsmi qoşulması isə 2027-ci ilə planlaşdırılıb" ifadələrinə yer verilib.
Transfer məbləği 47 milyon avro təşkil edib. Oyunçunun bazar dəyəri isə 30 milyon avrodur. Axanor 2026/2027 mövsümündə icarə əsasında "Kristal Pelas"da çıxış edəcək.
18 yaşlı Axanor ötən mövsüm "Atalanta"nın heyətində 35 matçda iştirak edib, bu, onun 2025-ci ilin iyulunda "Cenoa"dan transferindən sonra Berqamo təmsilçisində ilk mövsümü olub. Yeniyetmə müdafiəçi həmçinin İtaliya millisində debüt etməyə də imkan tapıb.