Santyaqo Ximenes “Portu”ya keçdi

“Portu” meksikalı hücumçu Santyaqo Ximenesi transfer edib.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Milan” 25 yaşlı futbolçunu Portuqaliya təmsilçisinə satınalma şərti ilə icarəyə göndərib. Ximenes yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Hücumçu peşəkar karyerasına “Kruz Azul”da başlayıb, daha sonra “Feyenoord”da çıxış edib. Niderland klubunda 65 qol vurub və 14 məhsuldar ötürmə edib.

Ximenes 2025-ci ilin fevralında “Milan”a keçib. O, 2021-ci ildən Meksika millisində çıxış edir və 51 oyun keçirib. Milli komanda ilə iki dəfə KONKAKAF Qızıl Kubokunu və Millətlər Liqasını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right