Premyer Liqa klubu 65 milyon avroya hücumçu transfer edir

İngiltərənin "Nyukasl" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, Premyer Liqa klubu "Lill"də çıxış edən Matias Fernandes-Pardonun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" belçikalı forvard üçün Fransa klubuna bonuslarla birlikdə 65 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, "Lill" Matias Fernandes-Pardonu 2024-cü ilin yayında "Gent"dən 11,5 milyon avroya transfer edib. Belçika millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 71 rəsmi matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right