"Milan" təcrübəli qolkiperi istəyir

"Milan" qışda heyətini təcrübəli qapıçı ilə gücləndirmək istəyir.

Newsport.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” əslində Yassin Bonunu bu yay heyətinə qatmaq istəyib. 

Lakin “Əl-Hilal” onun gedişinə icazə verməyib.

35 yaşlı qapıçı özü də yenidən qısamüddətli olsa da, Avropaya geri qayıtmaq istəyir.

Onun altı aylıq “Milan” forması geyinəcəyi gözlənilir. Qeyd edək ki, Mərakeş millisinin qapıçısının “Əl-Hilal”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, “Atletiko”, “Sevilya”, “Malaqa”, “Zaraqoza”, “Jirona” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right