U-21 yığma komandamızın forvardı Lorenzo Mezzotero "Sampdoriya"nın əsas komandasında debüt edib.
Newsport.az xəbər verir ki,18 yaşlı futbolçu İtaliya B Seriyasında "Yuve Stabiya"ya qarşı görüşün 87-ci dəqiqəsində meydana daxil olub.
Bu görüşdə "Sampdoriya" evdə 1:2 hesabı ilə uduzub.
Mezzotero hazırda "Sampdoriya"nın U-19 heyətinin kapitanıdır.