"Flamenqo"nun müdafiəçisi Leo Pereyra karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Beşiktaş" braziliyalı futbolçunu transfer etmək istəyir. "Sözcü" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Pereyra üçün 15 milyon avroluq təklif göndərib. Qarşı tərəf isə 18 milyon avro tələb edir.
Klublar arasında danışıqlar davam edir və transferin reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.30 yaşlı mərkəz müdafiəçisi özü Türkiyə klubuna keçməyə isti yanaşır.
Qeyd edək ki, Leo Pereyra 2020-ci ilin yanvarından "Flamenqo"da çıxış edir. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.