"Milan"ın yarımmüdafiəçisi "Komo"ya keçir

"Milan"ın yarımmüdafiəçisi Samuele Riççi A Seriyasında klubunu dəyişəcək.

Newsport.az xəbər verir ki, "Komo" italiyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Komo" Riççini 1,5 milyon avro qarşılığında icarəyə götürəcək. Klublar arasındakı anlaşmadaq 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 22 milyon avroluq satınalma bəndi də yer alıb.

Qeyd edək ki, "Milan" Samuele Riççini 2025-ci ilin yayında "Torino"dan 23 milyon avroya transfer edib. İtaliya millisinin üzvü "rossoneri"nin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right