Tanınmış futbolçu Avropaya geri qayıtmaq istəyir

Belçika millisinin sabiq futbolçusu Yannik Karrasko Səudiyyə Ərəbistanında qalmaq niyyətində deyil.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı vinger “Komo”ya keçə bilər.

Belə ki, “Əl-Şabab”dan ayrılmağı planlaşdıran Yannik İtaliya klubundan təklif alıb. 

Hazırda tərəflər arasında danışıq gedir. İlk dəfə Çempionlar Liqasında iştirak edəcək “Komo” belçikalını icarəyə götürməyi düşünür.

Karraskonun “Əl-Şabab”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Monako”, “Atletiko”, “Dalian Pro” kublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right