“Mançester Siti”nin yeni transferi Ayyub Buaddi İngiltərə klubuna keçidi barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu yeni komandasında olmaqdan məmnunluğunu ifadə edib:
“Mənim üçün “Mançester Siti” dünyanın ən yaxşı klubudur. Burada olmaq və özümü “Mançester Siti”nin futbolçusu adlandırmaq arzudur. Mən uzun illərdir bu komandanı izləyirəm və onun oyun üslubunu bəyənirəm. “Mançester Siti” həmişə keyfiyyətli futbol nümayiş etdirməyə çalışır”.
Buaddi “Mançester Siti”nin baş məşqçisi Enzo Mareskanı da dünyanın ən yaxşı məşqçisi adlandırıb. O, həmçinin, “Etihad” stadionunda meydana çıxacağı günü səbirsizliklə gözlədiyini bildirib.