“Tottenhem” uelsli müdafiəçinin transferini gözdən keçirir

“Tottenhem” “Nottingem Forest”in müdafiəçisi Neko Uilyamsı heyətinə qatmaq variantını nəzərdən keçirir.

Newsport.az xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.

London təmsilçisi Ced Spensin “İnter”ə keçməsindən sonra universal müdafiəçi axtarışındadır. Klub bu mövqeyə 25 yaşlı Uilyamsı əsas namizədlərdən biri kimi gözdən keçirir. Ancaq “Nottingem Forest” uelsli futbolçunu londonlulara satmaq niyyətində deyil. “Meşəçilər”in müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq Uilyamsla yeni sözləşmə imzalamaq istədiyi bildirilir.

Uilyams cari mövsümdə “Nottingem Forest”in heyətində iki oyunda iştirak edib. “Transfermarkt” portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right