“Atletiko” yeni hücumçu axtarışlarını davam etdirir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər “Yuventus”un forvardı Conatan Devidlə maraqlanır.
İspaniya təmsilçisi kanadalı hücumçunun mümkün transferinin şərtləri ilə bağlı Turin klubundan məlumat istəyib. Hələlik rəsmi təklif və danışıqlar yoxdur, ancaq “Atletiko” artıq qarşı tərəflə əlaqə saxlayıb.
Bildirilir ki, Devid başqa klubdan sərfəli təklif alacağı təqdirdə, “Yuventus”dan ayrılmağa hazırdır.
26 yaşlı futbolçu yeni mövsümün ilk turunda, A Seriyasında “Frozinone” ilə səfər oyununda (1:0) “Yuventus”un start heyətində yer almayıb. O, qarşılaşmanın 90 dəqiqəsini ehtiyat oyunçular skamyasında keçirib.