“Barselona”nın müdafiəçisi Jül Kunde cari mövsümdə əsas heyətdə müntəzəm oynamaq imkanından məhrum qala bilər.
Newsport.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik sağ cinah müdafiəsində əsas seçim kimi Kundeni deyil, Erik Qarsiyanı görür.
Almaniyalı mütəxəssis fransalı futbolçuya bundan sonra onu daha çox mərkəz müdafiəçisi kimi nəzərdə tutduğunu bildirib. Ancaq Kunde üçün vəziyyət mərkəz müdafiəsində də ürəkaçan deyil. 27 yaşlı futbolçu bu mövqedə də əsas seçim sayılmır və ehtiyat variant kimi nəzərdən keçirilir.
Bununla yanaşı, Kundenin transfer pəncərəsi bağlanana qədər “Barselona”dan ayrılması da istisna edilmir. Kataloniya təmsilçisi münasib təklif daxil olacağı təqdirdə, onu satmağa hazırdır.