“Renn”dən MLS klubuna

“Renn”in və İsveçrə millisinin hücumçusu Brel Embolo MLS-də çıxış edəcək.

Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu “Atlanta Yunayted”in oyunçusu olub.

Bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçunun müqaviləsi 4 illikdir.

Embolo 2025-ci ilin sentyabrında “Monako”dan 13 milyon avroya “Renn”ə keçib. O, ötən mövsüm bütün turnirlərdə 34 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Forvard İsveçrə millisinin heyətində meydana çıxdığı 92 oyunda 26 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right