İtaliya millisinin hücumçusu bu kluba keçir 45 milyon avroluq transfer

"Fiorentina"dan hücumçusu Moyze Kin A Seriyasında klubunu dəyişməyə yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Komo" italiyalı forvardın keçidini yekunlaşdırmaq üzrədir. 26 yaşlı futbolçunun transferi 40+5 milyon avroya başa gələcək.

Qeyd edək ki, Moyze Kin2024-cü ilin yayından "Fiorentina"da çıxış edir. İtaliya millisinin üzvü Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 78 rəsmi matçda 35 qol və 7məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right