"Milan"ın hücumçusu Kristofer Nkunku Almaniyada oynamağa yaxındır.
Newsport.az "Bild"ə istinadən xəbər verir ki, "Leyptsiq" sabiq futbolçusunu geri qaytarmağa çalışır.
Hazırda tərəflər arasında danışıq gedir.
"Leyptsiq" 3,5 milyon avro ödəmək niyyətindədir. Oyunçunun birdəfəlik transfer haqqı isə 30 milyon avro olacaq.
28 yaşlı futbolçunun "Milan"la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, PSJ, "Leyptsiq", "Çelsi" klublarında oynayıb və ötən ildən "Milan"ın formasını geyinir.
Fransa millisinin "Nyukasl", "Aston Villa", "Qalatasaray", "Borussiya"(Dortmund), "Barselona", "Roma" klublarında çıxış edib.