"Liverpul"un sabiq yarımmüdafiəçisi Türkiyə klubu ilə anlaşdı yaxın 1-2 gün ərzində müqavilə bağlanacaq

Fabinyo karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Newsport.az xəbər verir ki, “Liverpul”un sabiq yarımmüdafiəçisi "Trabzonspor" ilə şifahi razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Braziliyalı futbolçunun yaxın 1-2 gün ərzində Türkiyəyə yollanacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl “Trabzonspor”a “Liverpul”un sabiq vingeri Muhamed Salah da keçib. Fabinyonun son klubu "Əl-Ittihad" olub. O, bu klubdan azad agent kimi ayrılıb.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right