“Tottenhem” iki futbolçu üçün 163 milyon avro ödəyəcək

“Tottenhem” bu həftəsonu “Mançester Siti”nin iki futbolçusunun transferini rəsmiləşdirməyi planlaşdırır.

Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, London klubu vinger Savinyonun transferini artıq tamamlayıb. “Tottenhem” hücumçu Omar Marmuşla isə müddəti 5 il olan müqavilənin şərtlərini razılaşdırıb.

“Tottenhem”də hər iki futbolçunun avqustun 24-nə qədər komandaya qoşulacağına inam artır. Paytaxt təmsilçisi bu iki transferə ümumilikdə 163 milyon avro xərcləyəcək.

Roberto De Zerbinin rəhbərlik etdiyi komanda bu gün İngiltərə Premyer Liqasının ilk turunda “Brentford”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right