Nkunku keçmiş klubuna qayıda bilər

“Leyptsiq” sabiq hücumçusu Kristofer Nkunkunu yenidən heyətinə qaytara bilər.

Newsport.az “Bild”-ə istinadən xəbər verir ki, Almaniya klubu 28 yaşlı futbolçunun “Milan”dan icarəyə götürülməsi ilə bağlı razılaşmaya yaxındır.

Nkunku 2019-2023-cü illərdə “Leyptsiq”də çıxış edib. Bu müddətdə 172 oyuna çıxan hücumçu, 70 qol vurub və 56 məhsuldar ötürmə verib. Fransalı futbolçu karyerasının ən yaxşı dövrünü məhz bu klubda keçirib. O, 2022/23 mövsümündə Bundesliqanın bombardiri olub.

Hazırda Nkunku “Milan”ın əsas heyətində yer ala bilmir. Bu səbəbdən, futbolçu “Leyptsiq”ə qayıtmaq variantını nəzərdən keçirir.

Almaniya klubunun hücum xəttini gücləndirməyə ciddi ehtiyacı var. “Leyptsiq” “Köln”dən Said El-Malının transferi ilə bağlı razılığa gələ bilməyib. “Strasburq”un hücumçusu Dieqo Moreyranın keçidi də baş tutmayıb. Portuqaliyalı futbolçu 50 milyon avro qarşılığında “Milan”a transfer olunub. Bundan əvvəl “Hoffenhaym”ın hücumçusu Fisnik Aslaninin transferi də tibbi müayinədən keçə bilmədiyi üçün baş tutmayıb.

Almaniyada transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right