İngiltərə Premyer Liqasının XXV turunda "Çesli” doğma meydanında "Mançester Yunayted”lə 1-1 hesablı bərabərlik əldə edib. Newsport.az-ın məlumatına görə, "Çesli” sözügedən qarşılaşmada ciddi itki ilə üzləşib. "Zadəganlar”ın son zamanlar ən yaxşı formada olan futbolçularından biri Kurt Zouma topla hərəkət zamanı səhlənkarlığa yol verib. Belə ki, top uğrunda mübarizə zamanı futbolçunun ayağı sınıb.
Qarşılaşmanın 59-cu dəqiqəsində zədələnən futbolçunun durumunun ciddi olacağı gözlənilsə də, klub tərəfindən bu barədə açıqlama verilməyib.
Qeyd edək ki, Zouma bu mövsüm "Çelsi”nin heyətində bütün yarışlar daxil olmaqla 32 oyun keçirib və 2 qol vurmağı bacarıb.