Türkiyə 1-ci liqasında üçüncü turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi “Bursaspor" səfərdə “Karagümrük”un qonağı olub. 3 qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb.
“Karagümrük” - “Bursaspor” - 2:1
Qollar: Pesiç, 8 (1:0), Verde, 44 (2:0), İeanaço, 86 (2:1)
Toral da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Bayramov ilk hissədən sonra əvəzlənib. Millimizin üzvü 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Mövsümdə ilk məğlubiyyətini alan "Bursaspor" 3 turdan sonra 6 xalla 3-cü pillədə qərarlaşıb.