İspaniya Sequndasının XXIV turunun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun yenicə transfer olduğu "Kordoba” sözügedən tur çərçivəsində "Alorkon”la qarşılaşıb.
Qarşılaşmada 6 qol qeydə alınıb. Komandalar hərəyə 3 qol vurmağa nail olublar.
Millimizin futbolçusu ehtiyatda başlayıb. O, 61-ci dəqiqədə meydana daxil olub. Eddi qarşılaşmanın 70-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, səfərdən 1 xalla qayıdan "Korodoba” bu oyundan sonra xal ehtiyatını 40-a çatdırıb və 22 komanda arasında 3-cü pillədə qərarlaşıb.