"Barselona" "Fənərbaxça"nın qapıçısı ilə razılaşdı

"Barselona" "Fənərbaxça"nın və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç ilə icarə əsasında əməkdaşlıq şərtlərini razılaşdırıb.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu xorvatiyalı futbolçu ilə şifahi olaraq razılıq əldə edib. Sözügedən razılaşma 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsini əhatə edir.

"Barselona" növbəti yay "transfer pəncərəsi"ndə Voyçex Şesnini əvəzləmək üçün Livakoviçin transfer hüquqlarını birdəfəlik satın almağı planlaşdırır. Keçidin dəyəri 2 milyon avro qiymətləndirilir, daha 2 milyon avro isə bonus şəklində müəyyən edilib.

Ötən mövsüm Dominik Livakoviç icarə əsasında "Jirona" və Zaqreb "Dinamo"sunda forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right