"Mançester Yunayted"in sabiq müdafiəçisi Premyer Liqa klubunda

İngiltərənin "Aston Villa" klubunu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem"dən Aron Van-Bissakanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İcarə müddəti bir mövsümlükdür. "Aston Villa" konqolu futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Vest Hem" Aron Van-Bissakanı 2024-cü ilin yayında "Mançester Yunayted"dən 17 milyon avroya transfer edib. 28 yaşlı sağ cinah müdafiəçisi 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right