La Liqa klubundan 16 milyon avroluq hücumçu transferi

İspaniyanın "Betis" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, La Liqa təmsilçisi "AZ Alkmar"dan Troy Perrotu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Betis" irlandiyalı forvard üçün Niderland klubuna 16 milyon avro təzminat ödəyib. 24 yaşlı futbolçu ilə 2031-ci 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İrlandiya millisinin üzvü olan Troy Perrot 2025/26 mövsümündə "AZ Alkmar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 31 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right