"Yuventus" klubu yarımmüdafiəçi Artur Melounun komandadan ayrıldığını elan edib.
Newsport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər. Braziliyalı futbolçu azad agent statusu qazanıb.
Melo "Qremio"nun yetirməsidir və 2010-2018-ci illərdə bu klubun sistemində çıxış edib. O, həmçinin "Barselona", "Liverpul" və "Fiorentina" kimi komandaların da şərəfini qoruyub.
Təcrübəli oyunçu ötən mövsümü icarə əsasında məhz "Qremio"da keçirib. 30 yaşlı yarımmüdafiəçi "Yuventus"un heyətində ümumilikdə 63 matçda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalında oyunçunun hazırkı dəyəri 4 milyon avro təşkil edir.