Kompanidən Musiala ilə bağlı açıqlama

"Bavariya"nın baş məşqçisi Vensan Kompani Almaniya Superkuboku uğrunda "Borussiya" Dortmund ilə oyunda bəzi futbolçuların çıxış etməyəcəyini açıqlayıb. Sözügedən qarşılaşma avqustun 22-də baş tutacaq.

Newsport.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

"Camal Musiala iştirak ərizəsində yoxdur. Serj Qnabri və Lenart Karl da heyətdə yer almayıblar", - deyə Kompani bildirib.

Musiala daha əvvəl "Haydenhaym"la keçirilən yoldaşlıq görüşündə (2:4) huşunu itirib. Futbolçunun vəziyyəti meydana daxil olduqdan bir neçə dəfə sonra pisləşib.

Ondan əvvəl, avqustun 15-də isə 23 yaşlı yarımmüdafiəçi "Leypsiq"lə yoldaşlıq matçında (3:1) huşunu itirib. Hadisə görüşün 83-cü dəqiqəsində, Musialanın qol vurmasından qısa müddət sonra yaşanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right