Dmitri Nazarov 33 dəqiqə oynadı

Almaniya II Bundesliqasında 20-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu bu tur evdə "Frankfurt"la qarşılaşıb.

Matçda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1. Nazarov oyunun 57-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, bu heç-heçədən sonra xalını 26-a yüksəldən "Karlsrue" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right